Dermapen prosedurunun özəllikləri
Dermapen cihazı- üzdə və bədəndə işləmək üçün içərisində metal iynələr olan kartricdir. Üzdə- 9 ədəd bədəndə-30 ədəd. Dərinlik və iynələrin tezliyi cihazla tənzimlənir.
Derma penin istifadəsi fraksiyalı mezoterapiyanı maksimal dərəcədə tez, asan, təhlükəsiz, ağrısız etməyə imkan verir. Hərçənd müəyyən narahatçılıqlar olur.
Prosedur zamanı iynələr sürət rejimindən asılı olaraq, dəqiqədə dəriyə 3000 – 5000 dəfə batır. İynələrin eyni səviyyədə dəriyə batması nəticəsində, üzə çəkilmiş müalicəvi maddə dərinin dərin qatına daha tez hoparaq, epidermisin yenilənmə prosesini sürətləndirir.
Dermapendən istifadə edərək, həyata keçirilən fraksiyalı mezoterapiyası aktiv maddələrin 80%-ini dəriyə yeridir.
Dermapen necə işləyir?
Dermapen akapunktura prinsipi ilə işləyir. Mikro zədələnmələr yenilənmə sürətini daha da artırır. Kollagen və elastin ifrazı, derma qatının toxuma səviyyəsində bərpası aktivləşir. Mikroskopik zədələrin arasından müalicəvi kokteyl dərinin dərin qatına keçərək hərəkətə başlayır. Bununla belə yaranmış zədələr o qədər cüzidir ki, bir neçə saata keçir. Dermapen cihazı universaldır. Fərqli başlıqlar taxaraq bu cihazı üzdə, bədəndə, saçda istifadə etmək olar.
Dermapen göstərişləri
- Sallaq dəri
- Qırışlar
- Ləkələr və çillər
- Dərinin qeyri sağlam rəngi
- Geniş məsamələr, akne, qara nöqtələr.
- Çapıq və çatlar
- Xırda damar ulduzcuqları.
- Saç tökülməsi.
- Selülit, piy qatları.
Problemdən asılı olaraq istifadə olunacaq kokteyl individual təyin edilir.
Əks göstərişlər
- Hamiləlik, süd vermə.
- Dəridə yaralar, qıcıqlanmalar.
- Herpes, psoriaz, dermatit
- Yeni olunmuş kimyavi təmizlənmə.
- İrinli səpkilər, furunkullar.
- Dəri infeksiyaları.
- Psixi narahatçılıq.
- Ürək damar xəstəlikləri.
- Diabet-konsultasıya lazımdır.
- Dermapenin nəticəsinə zəmanət verilir.
Oxşar prosedurlar
Kavitasiya
Kavitasiya bədən həcmini ağrısız və effektiv şəkildə azaltmağa, selülitdən qurtulmağa və incə konturları formalaşdırmağa imkan verən qabaqcıl prosedurdur. EMPIRE by ÄSTHETIK LAB-da biz müştərilərimizə inam və gözəl fiqur qazanmağa kömək edən peşəkar kavitasiya xidmətləri təqdim edirik.
ƏtraflıVakuum aparatı
Vakuum aparatı — dərinin və bədənin vəziyyətini yaxşılaşdırmaq üçün effektiv prosedurdur, qan dövranını və limfatik drenajı stimullaşdırmağa kömək edir. Bu prosedur selülitin görünüşünü azaltmağa, dərini möhkəmləndirməyə və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edir.
ƏtraflıLPG masaj
Endermologiya, həmçinin LPG masajı kimi tanınan, dəriniz və bədəniniz üçün bir çox faydalı təsirə malik müasir müalicə üsuludur. Bu prosedur dərinin və toxumaların vəziyyətini yaxşılaşdırmağa, eləcə də piy yığıntılarının azalmasına kömək edir.
Ətraflı