Mayeqaz pilinqi- sıxlaşdırılmız qazın və mayenin təsiri ilə dərinin üst təbəqəsinin təmizlənməsinə yönəlik aparat prosedurudur. Prosedur İsrail aparatı olan JetPeel-in köməyi ilə aparılır.
Oksigen və karbon qazının 200/300 m/s 8 atmosfer təyiqlə dəriyə təsir edərək həyata keçirilir. Təsir dərinliyi cihazla tənzimlənir, və nəticədə epidermis qatının ən həssas və çətin nahiyyələrini belə təmizləmək mümkündür.
Mayeqaz pilinqinin özəllikləri
Derma qatını təmizləmək üçün natrium xloriddən, cavanlaşdırma və bərpası üçün isə vitamin, kollagen və gialuron tərkibli duru vasitələrdən istifadə olunur. Müalicəvi kokteyl dərinin dərin qatına daxıl olur. Təzyiq isə əlavə masaj effekti verir.
Dəri tipini, yaş və estetik deformasiyanı nəzərə alaraq həkim-kosmetoloq tərəfindən dərinlik və prosedur müddəti təyin edir.
Terapiya kursu 7-10 gün ara ilə 5-10 prosedur təşkil edir.
Prosedura göstəriş
- Solğun və elastikliyini itirmiş dəri.
- Sallanma üz ovalının dəyişilməsi.
- Həddindən artıq ləkələr və çillər.
- Göz ətrafı qaralmalar və torbalar.
- Akne və aknedən sonar müalicə.
- Xırda yaralar, çapıqlar və çatlar.
- Qalın piy qatı, selülit.
Maye qaz pilinqi yaşla əlaqəli dəyişikliklərə kömək edir. Kurs müalicədən sonra, mimiki qırışlar yox olur, dərin qırışlar səthiləşir. Üz ovalı yığılır, buxaq aradan qaldırılır. Estetik defektlər daha az bilinir və ya tamami ilə yox olur. Dəri daha sağlam və hamar görünüş alır. ÄSTHETIK LAB klinikasının pasientləri yalnız müstəb rəylər söyləyirlər.
Əks göstərişlər
- Üzdə irinli səpkilər.
- Herpes, psoriaz, dermatit.
- Dəridə yara və çatlar.
- Ürək damar xəstəlikləri.
- Burun-boğaz xəstəlikləri.
- İnfeksiya, dərinin yüksək hərarəti.
- Onkologiya.
- Psixoloji narahatçılıq.
- Hamiləlik, süd vermə, aybaşı.
Maye qaz pilinqinin üstünlükləri
- Prosedurun ağrısız olması.
- Prosedur müddəti 10-15 dəqiqədir.
- İlk prosedurdan gözlə görünən nəticə.
- İlin hər fəsilində etmək mümkündür.
- Dəriyə təmas etmədən 100%-li gigiyena.
Oxşar prosedurlar
Üz cavanlaşması
Aparat üzünün cavanlaşdırılması xüsusi cihazların köməyi ilə dərinin yaxşılaşdırılmasına kompleks yanaşmadır.
ƏtraflıÜz dərisinin bərpası
Üzün dərisi bizim vizit kartımızdır və hər birimiz gözəl və sağlam dəriyə sahib olmaq üçün çalışırıq. Ancaq sızanaq, sızanaq, çirklənmə və yaşlanma kimi müxtəlif faktorlar dərini mat, piqmentli və cansız hala gətirərək zədələyə bilər. Belə hallarda üz dərisinin bərpası dərinin təbii parlaqlığını bərpa etmək, piqmentasiyanı azaltmaq və onu daha sağlam və gənc etmək üçün zəruri prosedura çevrilir.
ƏtraflıÜz gərməsi (dartılması)
Dairəvi facelift üzünüzü daha ahəngdar və gənc etməyə imkan verən innovativ prosedurdur. Bu texnika üz toxumalarının uzanmasını və əzələlərin güclənməsini təmin edir ki, bu da itirilmiş konturları bərpa etməyə və qırışları azaltmağa imkan verir.
Ətraflı