Logo
+994 51 400 03 03
09:30-dan 19:30-a kimi
AZ | RUS | ENG
Kosmetologiya

Mikrotoklar

Kosmetologiya

Mikrotoklar

Mikrotok terapiyası ve ya Mikrotoklar – cərəyan impulslarının köməyi ilə, dərinin toxuma səviyyəsində bərpa prosedurasıdır. Yüksək nəticə və keyfiyyətinə görə, elektrofiziki prosedurlar yetərincə tələb görür.

Mikrotoklar nədir?

Mikrotok, qısa müddət ərzində dərinin bərpası və yaxşılaşdırılmasına imkan verən unikal bir prosedurdur. İnsan bədəninin elektro impulslarını xatırladan zəyif impuls əsaslıdır.

Mikrotokların toxuma səviyyəsinə təsiri sayəsində, mübadilə prosesi aktivləşir, qan dövranı yaxşılaşır, limfaların şişkinləşməsi stimullaşır. Həmçinin mikrotok damar, əzələ və piy toxumalarına müsbət təsiri var.

Mikrotok terapiyası əsaslı prosedurlar

  • Limfadrenaj – şişkinlikləri aradan qaldırır.
  • Dezinkrustasiya – piy vəzilərinin funksiyasının mütəmadiliyi.
  • İon mezoterapiyası – çapıqların, yaraların, postaknenin müalicəsi.
  • Mimiki qırışların yox edilməsi – əzələ tonusunun bərpası.
  • Boyun və üz liftinqi – mikrotokla gərmə, qırışları yox edir, dərini hamarlaşdırır.

Mikrotok nece heyata keçirilir?

6 aydan 1 ilə qədər çəkən nəticəni əldə etmək üçün, tam kurs mikrotok müalicəsini keçmək lazımdır.

Dərinin yaşından və növündən asılı olaraq neçə gəliş lazım olduğu müəyyənləşir.

Mikrotok terapiyası iki üsulla aparılır:

  • Xüsusi gel və elektrodlardan istifadə.
  • Elektrodlara qoşulmuş əlcəklərlə.
  • Hər iki üsulun təsiri effektlidir.
  • Seçim aparatın funksiyasından və prosedurun aparılmasından asılıdır.

Əgər xüsusi cihaz olsa mikrotoku ev şəraitində də etmək olar. Lakin istənilən nəticəni əldə etmək çətin olacaq. Bu üsul hər kəs üçün uyğun deyil.

Göstərişləri

  • Sızanaqlar və geniş məsamələr.
  • Xırda damar ulduzcuqlarının ilkin mərhələsi.
  • Üzdəki şişkinlik.
  • Dərinin elastikliyinin itirilməsi.
  • Mimiki qırışlar.
  • Çatlar, çapıqlar, yanıq izləri.
  • Solğun üz bə boyun dərisi.
  • Damar zədələnməsi.
  • Həddindən artıq ləkələnmə.
  • Atopik dermatit.
  • Həddindən artıq quru və ya yağlı dəri

Əks göstərişlər

  • Hamiləlik, süd vermə
  • Tromboflebit.
  • Onkologiya.
  • Ürək damar xəstəlikləri.
  • Daxili orqanların patologiyası.
  • Epilepsiya.
  • Bədəndə metalın olması.
  • Yaxın zamanda olunmuş kimyavi təmizləmə.
  • İndividual dözümsüzlük.
  • Psixi narahatçılıq.

Mikrotoklar zədələnmiş toxumalara daxil olaraq, mübadilə prosesini aktivləşdirir, kollagen və elastin ifrazını stimullaşdırır. Əks göstəriş olmadıqda prosedur zərərsiz və ağrısızdır. Nəticə isə ilk seansdan sonra hiss olunacaq. Bundan əmin olmaq üçün mikrotokdan öncə və sonra ki, şəkilə baxmaq kifayətdir.

ÄSTHETIK LAB klinikasında mikrotok prosedurası, peşakar səviyyədə, yüksək ixtisaslı mütəxəssislər tərəfindən yeni avadanlıqlarla həyata keçirilir.

 

Oxşar prosedurlar

Üz cavanlaşması

Aparat üzünün cavanlaşdırılması xüsusi cihazların köməyi ilə dərinin yaxşılaşdırılmasına kompleks yanaşmadır.

Ətraflı

Üz dərisinin bərpası

Üzün dərisi bizim vizit kartımızdır və hər birimiz gözəl və sağlam dəriyə sahib olmaq üçün çalışırıq. Ancaq sızanaq, sızanaq, çirklənmə və yaşlanma kimi müxtəlif faktorlar dərini mat, piqmentli və cansız hala gətirərək zədələyə bilər. Belə hallarda üz dərisinin bərpası dərinin təbii parlaqlığını bərpa etmək, piqmentasiyanı azaltmaq və onu daha sağlam və gənc etmək üçün zəruri prosedura çevrilir.

Ətraflı

Üz gərməsi (dartılması)

Dairəvi facelift üzünüzü daha ahəngdar və gənc etməyə imkan verən innovativ prosedurdur. Bu texnika üz toxumalarının uzanmasını və əzələlərin güclənməsini təmin edir ki, bu da itirilmiş konturları bərpa etməyə və qırışları azaltmağa imkan verir.

Ətraflı