Sarı pilinq – retin turşusu vasitəsi ilə üz dərisinin cilalanmasıdır, sadə desək retinoid, yəni A vitamini. Bununla yanaşı istehsal adı da var – retinli. Bu prosedur 30-35 yaşdan sonra edilir.
Sarı pilinqin özəllikləri
Müalicəvi maskanın tərkibinə dərinin cavanlaşmasına, qorumasına və nəmləndirməsinə cavabdeh olan retindən əlavə digər aktiv maddələr də daxildir.
- Koya turşusu - Ölü təbəqədən təmizləmə.
- Fitin turşusu - Toxumaların regenirasiyası, iltihab əleyhinə təsir.
- Karbon turşusu - Piy ifrazını tənzimləyir, həddindən artıq ləkələnmədən qoruyur.
- Askorbin turşusu - Dəri səthini hamarlaşdırır, tonlaşdırır, təbii solğunluğun qarşısını alır.
- Е vitamini - Kollagen ifrazını aktivləşdirir, regenirasiyanı stimullaşdırır, ağardır.
Sarı pilinqinin təsiri – dərini ölü hüceyrələrdən təmizləyir, piy toxumalarının funksiyasını bərpa edir, epidermisin elastikliyini və bərkliyini artırır, qırışları açır, dəriyə sağlam görünüşünü qaytarır.
Prosedurun bir sıra özəllikləri var: Birincisi retin turşusunu 12 saat saxlamaq lazımdır. Yəni, üzə çəkildikdən sonra pasient pilinqi evdə yuyur. Bərpa müddəti bir həftə çəkir. Oktyabrdan aprel ayına qədər müddətdə etmək məsləhətdir.
Retin üz təmizləməsinin növləri
- Təbii tərkib əsaslıdır- təbii retindən istifadə olunur, bu cür cilalama yüngül səthi təsiri olduğundan mütəmadi tədbiq oluna bilər. Hətda evdə belə etmək olar.
- Sintetik tərkibli- sintetik yolla əldə edilir. Epidermis və dermaya təsir edir. İldə 2 dəfədən artıq etmək olmaz. Kurs, 2 həftə ara olmaqla 2-3 dəfədən ibarətdir.
Bir və iki günlük pilinq
- 1 gunə-maska 8-12 saatlıq üzə çəkilir. Klinikada üzə çəkildikdən sonra maska evdə yuyulur.
- 2 günə –maska 2 saatlıq çəkilir, və səhəri gün təkrarlanır.
Səthi təmizləmə üçün çəkilən maska 20 dəqiqədən sonra yuyulur. Daha dərin təsir üçün vaxtı uzaltmaq lazımdır. Və müvafiq olaraq fərqli tərkibli müalicəvi kokteyllərdən istifadə olunur.
Sarı pillinq göstəriciləri
- Solğun dəri.
- Nahamar dəri relyefi.
- Ləkələr, çillər.
- Xırda qırışlar.
- Akne izləri, çapıq və çatlar.
Əgər sarı pilinq kursundan əvvəl və sonra ki, şəkillərə baxsanız nəticəni o dəqiqə hiss edəcəksiniz. Üz ovalı yığılır, dəri relyefi hamarlaşır, sağlam olur.
Sarı pilinq əks göstəriciləri
- А vitamininə qarşı allergiya.
- Dəridə cızıq və yaralar.
- Yüskək dərəcədə dermatit, herpes, psoriaz.
- Antibiotik qəbulu.
- Ciyər və damar xəstəlikləri.
- Həddindən artıq həssas dəri.
- Hamiləlik, süd vermə.
Yalnız yüngül yanma və iynəli hiss olur, buda pasientlərin sözünə görə bir neçə dəqiqədən keçir. Nəticə həmin dəqiqə hiss olunmur. Orta dərəcəli pilinqdən sonra dəriyə yaxşı qulluq etmək və kosmetoloqun məsləhətlərinə əməl etmək vacibdir.
Sarı pillinq prosedurun qiyməti sizə maraqlıdır? Prosedura yazılmaq istəyirsiniz? Bütün suallarınızı verə bilərsiniz.
Oxşar prosedurlar
Termaj
Termaj – üz və bədən dərisinin cavanlaşmasına, dərinin dartılmasına və qırışların aradan qaldırılmasına yönəlik kosmetoloji aparat prosedurasıdır. Prosedurun uzun müddətli təsiri var, yəni yeni kollagen sintezi 3-6 aya qədər davam edir. Termaj kursundan sonra nəticə təxmini 6-12 aya qədər davam edir.
ƏtraflıMikrotoklar
Mikrotok terapiyası ve ya Mikrotoklar – cərəyan impulslarının köməyi ilə, dərinin toxuma səviyyəsində bərpa prosedurasıdır. Yüksək nəticə və keyfiyyətinə görə, elektrofiziki prosedurlar yetərincə tələb görür.
ƏtraflıAlma Hybrid
Empire by ASTHETIK LAB pasiyentlərinə dərinin cavanlaşması, qırışların aradan qaldırılması və baş dərisinin sağlamlığı üçün dünyada ən son texnologiyalardan biri olan Alma Hybrid lazer platformasını təqdim edir. Bu cihaz CO₂ ablativ lazeri (10,600 nm) və 1570 nm non-ablativ lazeri birləşdirərək həm səthi, həm də dərin qatlara eyni vaxtda təsir göstərir. Nəticədə dəri yenilənir, kollagen sintezi güclənir və həm qısa, həm də uzunmüddətli gözlə görülən nəticələr əldə olunur.
Ətraflı