Tibb kosmetologiyasında yenilikçi olan SMAS liftinqi- əməliyyatsız üz gərmə prosedurasıdır. Bu proseduranın köməyi ilə üz və boğaz dərisində yaşla bağlı yaranmış dəyişiklikləri effektli şəkildə yox etmək mümkündür.
Cərrahi müdaxiləsiz, ağrılı iynələrsiz və uzun müddətli reabilitasiya dövrü olmadan 5-10 yaş cavanlaşmaq istəyirsiniz? SMAS liftinqi sayəsindi bu mümkündür.
SMAS liftinqinin özəllikləri
Ultrasəs gərmə 30 yaşdan yuxarı pasientlər üçündür, kimlərdə ki, aşağıda sadalanan yaşla bağlı dəyişikliklər var:
- Dəyişmiş üz ovalı
- Ikinci buxaq
- Göz qapaqlarının sallanması
- Yanaq sallanması
- Qaşların sallanması
- Üz, boyun və dekolte nahiyyəsindəki dəri sallanması
- Prosedur demək olar ki, ağrısızdır və heç bir ön hazırlıq tələb etmir.
SMAS liftinqi necə aparılır?
HİFU SMAS liftinqi, dərinin 5 mm dərinliyinə ötürülən xüsusi ultrasəs ötürücüsünün köməyi ilə aparılır. Ən məhşur cihazlar- Ultraformer– Abas One, Ulthera, MBT HIFU v Plus, Doublo, U-ONE, HIFU PRO 5.
İmpulsların sayını və dərinliyini həkim idnividual olaraq təyin edir. Ultrasəs cihazının təsiri toxumaların sallaqlığından və piy qatından asılıdır.
Prosedur zamanı üç başlıqdan istifadə olunur:
Birinci- dermanın 4,5 mm dərinliyinə təsir edir, hansı ki, yumuşaq toxumalar üçün dəstəkləyici karkas rolunu oynayır. İkinci- 3 mm dərinliyində dərinin orta qatlarına təsir edərək yeni kollagen ifrazını stimullaşdırır. Üçüncü- 1,5 mm dərinliyə, dərinin üst qatına təsir edərək qırışları açır.
Prosedurdan 2-3 saat sonra yüngül şişkinlik müşahidə oluna bilər, amma tez bir zamanda keçir. Nadir hallarda bu 1-2 gün çəkə bilər.
Ultrasəs gərmənin nəticələri
İlk nəticəni artıq prosedurdan sonra görmək olar. Dəri daha bərk, qırışların dərinliyi daha az, üz ovalı yığılmış olur. SMAS-dan sonra əsas nəticə 3-6 aydan hiss olunur. Kollagen ifrazının stimulyasiyası, dermada təbii prosesləri hərəkətə salır. Dəri bərpa olunur, elastiklik və möhkəmlik bərpa olunur. Nəticənin müddəti il yarımdan üç ilə qədərdir.
Hi-Fu SMAS haqqında hər şeyi bilmək istəyirsiniz? Saytımızdaki şərhləri oxuyun, şəkillərdən, əvvəl və sonra ki, fərqə baxın.
Liftinqdən sonra 5 gün ərzində olmaz
- Hamam, sauna və hovuza getmək
- Isti su ilə yuyunmaq
- Solyariuma getmək
- Günəş altında durmaq
- Skrablardan istifadə emək
- İdman zalına getmək
- Orqanizmi yükləmək
SMAS-liftinqə əks göstəriş:
- Hamiləlik və süd vermə
- Ürək-damar xəstəlikləri
- Dəridə olan metal implantlar
- Ağır psixi xəstəliklər
- Sızanaqlar, və səpkilər
- Liftinq olunacaq nahiyyədə iltihab
- Kaoqulyator qəbulu
- Onkologiya, lupus eritematoz, skleroderma
- 18 yaşa qədər
Oxşar prosedurlar
Üz cavanlaşması
Aparat üzünün cavanlaşdırılması xüsusi cihazların köməyi ilə dərinin yaxşılaşdırılmasına kompleks yanaşmadır.
ƏtraflıÜz dərisinin bərpası
Üzün dərisi bizim vizit kartımızdır və hər birimiz gözəl və sağlam dəriyə sahib olmaq üçün çalışırıq. Ancaq sızanaq, sızanaq, çirklənmə və yaşlanma kimi müxtəlif faktorlar dərini mat, piqmentli və cansız hala gətirərək zədələyə bilər. Belə hallarda üz dərisinin bərpası dərinin təbii parlaqlığını bərpa etmək, piqmentasiyanı azaltmaq və onu daha sağlam və gənc etmək üçün zəruri prosedura çevrilir.
ƏtraflıÜz gərməsi (dartılması)
Dairəvi facelift üzünüzü daha ahəngdar və gənc etməyə imkan verən innovativ prosedurdur. Bu texnika üz toxumalarının uzanmasını və əzələlərin güclənməsini təmin edir ki, bu da itirilmiş konturları bərpa etməyə və qırışları azaltmağa imkan verir.
Ətraflı