Aqua pilinq – üz dərisini ölü hüceyrələrdən və çirklənmədən təmizlənməyə yönəlik bir proseduradur. Prosedur üçün xüsusi cihazdan istifadə olunur. Dərinin müalicəsi sudan və oksigendən ibarət məhlul ilə aparılır. Məhlul yüksək sürətlə tədbiq olunur. Üz, boyun və dekolte nahiyyəsi üçün ayrı başlıqlardan istifadə olunur.
Aqua pilinq göstərişləri
- Solğun dəri.
- Dərin qırışlar.
- Qazayağı qırışları.
- Sızanaqlar.
- Ləkələnmə.
- Postkne.
- Xırda damar ulduzcuqları.
- Yanıq izləri.
Dərinin xüsusiyyətini və problemini nəzərə alaraq məhlula əlavələr olunur. Akne müalicəsi üçün- antiseptik və antibakterial, solğun dəri və yaşlanmanı ləngitmək üçün karbon qazı, vitaminlər və ya cavanlaşdırıcı maddələr əlavə olunur.
Aqua pilinq dəri problemləri ilə effektli mübarizə aparmağa, qan dövranını yaxşılaşdırmağa, cavan proteinlərin ifrazını stimullaşdırmağa kömək edir mübadilə prosesini yaxşılaşdırır.
Əks göstərişlər
- Hamiləlik.
- 18 yaşdan aşağı.
- Herpes, dermatit.
- Yüksək hərarət.
- Dərinin infeksion xəstəlikləri.
- Keloid yaralarına meyillilik.
Ürək damar xəstəliklərində və diabet zamanı bu proseduru ehtiyat edərək təyin edirlər.
Aqua pilinq necə olur?
Üz üçün üç növ hidropilinqi var:
- səthi
- orta
- dərin
Səthi və orta dərəcə- akne, xırda qırışlar və qocalmanın ilk əlamətləri ilə mübarizədə kömək edir. Solğun dəri, yanıq və çapıq izləri üçün dərin pilinqdən istifadə olunur.
Maksimal nəticə tam kursdan sonra olur.
Aqua pilinqin növü
- Səthi 7 gündən 5 prosedur
- Orta 14 gündən 3-5 prosedur
- Dərin 60-90 gündən 2-3 prosedur
Aqua piling xüsusiyyətləri
Prosedur öncəsi dərini yüngül tonik və ya gel ilə makiyajdan təmizləmək lazımdır. Təmizləmə təmassız həyata keçirilir, buna görə ağrı hissi və diskomfort hissi olmur. Prosedur müddəti 15-20 dəqiqədir.
Prosedurdan sonra qızartı və şişkinliyi aradan qaldırmaq üçün dəriyə nəmləndirici maska çəkilir.
Prosedur sonrası
Hər bir səthi pilinq epidermisin üst qatını zədələyir, buna görə yüngül qızartı və şişkinlik əmələ gəlir. Bu normal haldır və bir neçə saat çəkə bilər. 3-7 gün müddətində dəridə həddindən artıq qabıqlanmalar olur və buna görə dərini nəmləndirmək lazımdır.
Aqua pilinqdən sonar 5 gün olmaz:
- Hamam və saunaya getmək.
- Hovuz və idman zalına getmək.
- Kirşan və tonal kremlərdən istifadə etmək.
- Günəş altında dayanmaq.
Həmçinin soyuq küləkdən, şaxtadan qorumaq lazımdır, çünki ilk gün dəri xarici faktorlara qarşı daha həssas olur. Bayıra çıxarkən gündən qoruyucu çəkmək vacibdir.
Akva pilinq prosedurun faydaları
Aqua pilinq – baha olmayan, dərinin gözlə görünən problemlərdən azad edən, qan dövranını yaxşılaşdıran, dəri rəngini eyniləşdirən, şişkinliyi aradan qaldıran, məsamələri yığan və üz ovalını balacaladan təsirli bir prosedurdur.
Pasientlərin şərhlərinə əsasən prosedur bir neçə həftə təsirlidir. Bərpa müddəti bir həftədən çox çəkmir. Öz gəzəlliyinizi və gəncliyinizi uzun illər qoruyun.
Oxşar prosedurlar
Üz cavanlaşması
Aparat üzünün cavanlaşdırılması xüsusi cihazların köməyi ilə dərinin yaxşılaşdırılmasına kompleks yanaşmadır.
ƏtraflıÜz dərisinin bərpası
Üzün dərisi bizim vizit kartımızdır və hər birimiz gözəl və sağlam dəriyə sahib olmaq üçün çalışırıq. Ancaq sızanaq, sızanaq, çirklənmə və yaşlanma kimi müxtəlif faktorlar dərini mat, piqmentli və cansız hala gətirərək zədələyə bilər. Belə hallarda üz dərisinin bərpası dərinin təbii parlaqlığını bərpa etmək, piqmentasiyanı azaltmaq və onu daha sağlam və gənc etmək üçün zəruri prosedura çevrilir.
ƏtraflıÜz gərməsi (dartılması)
Dairəvi facelift üzünüzü daha ahəngdar və gənc etməyə imkan verən innovativ prosedurdur. Bu texnika üz toxumalarının uzanmasını və əzələlərin güclənməsini təmin edir ki, bu da itirilmiş konturları bərpa etməyə və qırışları azaltmağa imkan verir.
Ətraflı